27 aprel 2025 at 09:48
Jurnalist kodu: 5564
Xəbər kodu: 85815178
T T
0 Persons

ABŞ İsrail gəmisini bombalayıb

27 aprel 2025 at 09:48
Xəbər kodu: 85815178
ABŞ İsrail gəmisini bombalayıb

Tehran - İRNA - Xəbər mənbələri ABŞ Yəmənin ələ keçirdiyi İsrail gəmisini üç dəfə bombaladığını bildirib.

Əl-Məsirə telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, Amerika qırıcıları şənbə gecəsi Galaxy Raider gəmisini üç dəfə hədəfə alıb.

Hücum və ya gəmiyə dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.

2023-cü il noyabrın 19-da xəbər mənbələri Qırmızı dənizdə İsrail gəmisinin itdiyini bildirmişdi.

Bu xəbərin yayılmasından dərhal sonra Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri verdiyi açıqlamada Yəmən Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə keçirdiyi hərbi əməliyyatda İsrail gəmisini ələ keçirərək onu ölkə sahillərinə yönəltdiyini təsdiqləmişdi. O, həmçinin bildirmişdi ki, qüvvələrimiz sionist rejimə məxsus istənilən gəmini və ya onun əlində olan və onun bayrağı altında üzən gəmini hədəfə alır və sionistlərin gəminin ələ keçirilməsinə reaksiyasından qorxmurlar.

Sizin rəyiniz

You are replying to: .